ŞƏT-in 1-ci İqtisadi Forumu keçirilib

Tədbirdə Azərbaycan da təmsil olunub.Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovasiya sahələrində əməkdaşlığın artırılması” mövzusunda 1-ci İqtisadi Forumu keçirilib.

ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı Forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumda ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Forumun ilk günü plenar iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, insan kapitalının inkişafı, Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini Elnur Əliyev tədbir çərçivəsində həmçinin, bir sıra görüşlər keçirib, görüşlərdə ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə edilib.
Forum çərçivəsində keçirilən tematik sessiyada elektron hökumət sisteminin tətbiqi və dövlət xidmətlərinin elektron formatda göstərilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı əməkdaşlıq, elektron ticarətin üstünlüklərinin təşviqi məsələləri müzakirə edilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı