Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Səudiyyə Ərəbistanı Milli Bankının sədri etdiyi açıqlamaya görə istefa verib - BBN

Səudiyyə Ərəbistanı Milli Bankının sədri etdiyi açıqlamaya görə istefa verib

Səudiyyə Ərəbistanı Milli Bankının sədri Ammar al-Khudairy öz vəzifəsindən istefa verib.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, onu bu vəzifəsində Milli Bankın İcraçı direktoru və Qrup CEO-su Mohammed al-Ghamdi əvəz edəcək. 

Onun istefasına səbəb isə martın ortasında bəyan etdiyi şərhi olub, belə ki, o, açıqlamasında deyib ki, Milli Bankın İsveçrənin Credit Suisse-də səhmini artırmaq ehtimalı azdır. Həmin zaman isə Avropanın adıçəkilən kreditoru investorların inamı ilə bağlı böhran içində idi. Açıqlama investorları təşvişə salmış və İsveçrə bankının səhmlərinin dəyəri 24% ucuzlaşmışdı. Lakin Bank isə açıqlamasında bildirir ki, Ammar al-Khudairy şəxsi səbəblərdən dolayı istefa verir. 

Qeyd edək ki, İsveçrə Milli Bankı iflas dalğasının qarşısını almaq üçün ölkənin iki ən böyük bankları UBS və Credit Suisse-nin birləşdiyini elan edib.

Related posts

Çin ardıcıl doqquzuncu ayda da əsas kredit faiz dərəcələrini dəyişməz saxlayıb.

Yaponiyada inflyasiya son üç ilin ən aşağı səviyyəsinə düşüb

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı