Səudiyyəlilərin 60%-ə qədəri təkcə rəqəmsal pul transferini seçir

Səudiyyə Ərəbistanında 1.500-dən çox vəsait göndərən və qəbul edən sakin və vətəndaşlar arasında sorğu aparılıb. Onlardan beynəlxalq səviyyədə vəsaitin necə, nə vaxt, nə üçün göndərdiklərini və qəbul etdiklərini soruşublar. 

BBN.az zawya.com-a istinadən xəbər verir ki, Western Union tərəfindən aparılan araşdırmaya əsasən bu ölkədə müştərilər indi və gələcəkdə rəqəmsal pul transferini aparmağa daha çox  üstünlük verirlər. 

Data-lar göstərib ki, Səudiyyəlilərin demək olar ki, 60%-ə yaxını vəsaiti xaricə transfer etmək üçün rəqəmsal pul transfer xidmətlərinə üstünlük verirlər. 22%-i isə istədiyi seçimi edir və respondentlərin 17%-i isə vəsaiti ancaq riteyl kanalları vasaitəsilə nağd göndərir. 

Gələcəkdə beynəlxalq pul köçürmələri zamanı hansı seçimə üstünlük verilməlidir sualına isə respondentlərin cavabı qarışıq olub. 47%-dən çox inanır ki, transferlər ancaq rəqəmsal yolla olmalıdır, 44%-i istədiyi seçimi edir və 9%-i isə ancaq nağd köçürmələrə üstünlük verir. 19%-i isə hələ də inanır ki, gələcəkdə vəsaitləri belə nağd pulda saxlamalıdırlar. Araşdırma həmçinin göstərib ki, Səudiyyə Ərəbistanında qadınlar bir ayda kişilər ilə müqayisədə daha çox vəsait transferləri edirlər. 

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı