“Səyyar kofe evləri – regionlarda” layihəsinə start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Səyyar kofe evləri” layihəsi bu dəfə regionlarda icra olunacaq.

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən və 21-35 yaş aralığında olan 15 nəfər işsiz şəxsə kofe satışının təşkili üçün zəruri aktivlər təqdim ediləcək. Layihə Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, İsmayıllı, Şamaxı, Laçın rayonlarını, Gəncə və Şuşa şəhərlərini əhatə edəcək.

Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara, faktiki yaşadığı şəhər və ya rayonda çalışmaq istəyənlərə və “Məşğulluq haqqında” Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

Layihəyə müraciət etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://survey.sosial.gov.az/index.php/865944

Related posts

“ASAN xidmət” ölkə üzrə növbəti ilkə imza atıb!

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 800-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

MDSS üzrə daxilolmalar 4,3% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı