Sabah Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

BBN.az bu haqda Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 26-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9% səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı həddi də dəyişməyərək müvafiq olaraq 10% və 7,5% olub.

 

Related posts

AccessBank BlueOrchard Fondundan $8 mln kredit cəlb edib

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir