Ötən həftə ABŞ-ın daşınmaz əmlak şirkəti Redfin hesabat paylaşıb, hesabata görə, rekord sayda potensial amerikalı ev alıcıları San-Fansisko, Los-Anceles, Nyu-York şəhərlərini tərk etməyə çalışırlar.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Redfin-in aparıcı eksperti Taylor Marr hesabatda deyib ki, San-Fransisko, San-Xose şəhərlərində tipik ev 1,5 milyon dollardan çox qiymətə başa gəlir.
Həmçinin əlavə olaraq 5%-lik ipoteka faiz dərəcəsi ilə, alıcı aylıq rekord bir rəqəm ödəməlidir. Redfin-in 33% istifadəçisi 2022-ci ilin ikinci rübündə yeni şəhərlərdə evlər axtarmağa başlayıblar. 2019-cu ildə Covid-19 pandemiyasından əvvəl bu rəqəm 26% olub. Hesabatda qeyd edilib ki, remote işlərin çoxalması ilə, böyük şəhərlərdə olan mənzillərin satışı da çətinləşib.
Redfin-in hesabatına, əsasən aşağıdakı sıralamada potensial ev alıcılarının tərk etmək istədikləri ən yaxşı 7 şəhər adı var:
- San Fransisko
- Los Anceles
- Nyu York
- Vaşinqton D.C
- Sietl
- Boston
- Detroyt
Denver, Çikaqo, Minneapolis TOP 10-ğu tamamlayır. Yeni şəhərlərdə mənzil axtaran potensial alıcıların çoxu ən populyar şəhərləri təmsil edirlər. ABŞ-ın siyahıyaalma bürosunun məlumatına, əsasən Minneapolis siyahıda yeganə şəhərdir ki, əhalisinin sayı 650 000-dən aşağıdır. Daşınmaz əmlak şirkəti bu siyahını tərtib etmək üçün 2 milyona yaxın istifadəçisinin məlumatlarını təhlil edib.
Müvafiq olaraq, yaxın aylarda aşağıdakı şəhərlərə gələn insanlar mənzil sahibi ola bilərlər. Söhbət,
- Mayami
- Tampa, Florida
- Finiks
- Sakramento, Kaliforniya
- Las-Veqas
- Keyp Koral, Florida
- San Diyeqo
- Şimal Liman, Florida
- San-Antonio
- Dallas
gedir. Siyahıdan da göründüyü kimi, burada Florida, Kaliforniya, Texas şəhərindən bir neçə ərazi vardır, bu isə onu göstərir ki, amerikalılar sərin hava və yay havası arzusundadırlar. Xüsusilə Florida populyar istiqamətlərdəndir, TOP 10 siyahısında 4-nü əhatə edir.
Bildirək ki, bir çox insanların ev almaq kimi bir fikri olmadan Redfin kimi axtarış saytlarında araşdırma aparırlar.
Marr deyib ki, onun araşdırması zamanı belə göstəriciləri nəzərə almayıb: “Redfin ABŞ-ın siyahıyalma bürosunun rəqəmləri ilə üt-üstə düşür, bu isə onun dəqiqliyinin göstəricisidir. Biz inanırıq ki, bizim datalarımız amerikalıların yerdəyişmə göstəricilərini əks etdirən möhkəm bir hesabatdır”, – deyə analitik deyib.