“Şahdəniz” yatağıdan 74 mlrd. kubmetr qaz hasil olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənmənin əvvəlindən bu ilin avqustun 1-dək ümumilikdə 74 mlrd. kubmetr qaz hasil olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda “Şahdəniz” yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır