Sahibkarlar güzəştli imkandan yararlanmaq üçün, “Rabitəbank”ı seçir

Dünya Bankı və Aqrar Kredit və İnkişaf Agentliyinin“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” – nin agent bankı seçilən Rabitəbank, sahibkarların biznesinin inkişafına dəstək naminə ilk kreditini verdi.

Dünya Bankı tərəfindən keçirilmiş təhlil prosesi nəticəsində Rabitəbank ASC Dünya Bankı və Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” – nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilmişdir.

Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.

Layihələr üçün ayrılmış ilkin kredit tranşı 3.000.000 ABŞ dolları təşkil edir.

Belə ki, layihə üzrə borc alanlara verilən kreditin müddəti  7 il  və layihədən asılı olaraq  3 il əsas məbləğin ödənişinə güzəştlə, 8.8% olmaqla maksimum kredit məbləği 500.000 ABŞ dolları, struktur maliyyəşdirilməsinə isə kredit müddəti 2 il olmaqla maksimum kredit məbləği 1.000.000 ABŞ dolları təşkil edir.

Əsas şərtlərdən biri, layihə xərclərinin həcminin 20%-dən az olmayan hissəsini özəl biznesin sahibi tərəfindən pul və ya natura ilə öz payları kimi yatırımından ibarət olmasıdır.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır