Sahibkarlar “IATF 2023” sərgisinə dəvət olunur

Cari ilin 9-15 noyabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində 3-cü Afrikadaxili Ticarət Sərgisi (“IATF 2023”) keçiriləcək. Azərbaycan sahibkarları sözügedən sərgidə iştirak etməyə dəvət olunur.

Afrika İxrac-İdxal Bankı, Afrika İttifaqı və Afrika Kontinental Azad Ticarət Zonasının katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “IATF 2023″də 75-dən çox ölkədən 1 600-dən artıq şirkətin iştirak etməsi gözlənilir. Sərgidə avtomobil, qida, səhiyyə və dəb sektorlarında fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edəcək. Bununla yanaşı, investisiya əlaqələrinin qurulması üçün geniş B2B və B2G platformaların yer aldığı tədbirlər də “IATF 2023″ün çərçivəsində keçiriləcək.

Builki sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: sanan.saftarov@azpromo.gov.az

Tel.: (+994 12) 598 01 47/48 (daxili 3629)

Mob.: (+994 50) 739 95 38

Əlaqələndirici şəxs: Sənan Səftərov.

Related posts

Rəqəmsal texnologiyalar və müştəriyönümlü yanaşmalar bank sektorunda transformasiyanı sürətləndirəcək

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

m10 və “Mastercard” yeni rəqəmsal kartı təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı