Home » Sahibkarlar Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunur

Sahibkarlar Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

23-24 fevral tarixlərində Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq. Qeyd edək ki, Şurada ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil edir.

Azərbaycan sahibkarları Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar qeyd olunmuş link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/687cFpxMrQ

Əlaqə: (+994 12) 598-01-47/48 (daxili 3626)

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.