Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər - BBN

Sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər

Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər çərçivəsində “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlar, azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib. Eləcə də Fondun müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kreditlərlə bu ərazilərdə sahibkarlığın dəstəklənməsindən bəhs olunub.

Tədbir çərçivəsində SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” zəmanət və subsidiya mexanizmi təqdim edilib. Bildirilib ki, regionda fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Bununla yanaşı, kreditin müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Sahibkarlar Zəngilanın Ağalı kəndində və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nda yaradılan şəraitlə tanış olublar.

Səfər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın təşkilatçılığı ilə təşkil olunub.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı