Sahibkarlar üçün seminar keçirilib

Noyabrın 20-də Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində, bu gün isə Gəncədə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə “Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda seminar keçirilib.

Sahibkarların maarifləndirməsi məqsədi ilə keçirilən seminarda mənşə ekspertizaların aparılması qaydaları, ixrac proseduru, ixrac zamanı güzəştlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, növbəti seminarlar Şəki, Xaçmaz, Cəlilabad, Sumqayıt və Bakı şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır