Sahibkarların bilik və innovasiyalara çıxışına dəstək sahəsində KOBİA-nın xidmətləri barədə məlumat verilib

KOBİA strukturuna daxil olan və ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 20-dən çox KOB İnkişaf Mərkəzi (KOBİM-lər) vasitəsilə biznesə başlamaq istəyənlərə, startaplara və KOB-lara ehtiyaclarına uyğun olaraq təlim və məsləhət xidmətləri göstərir. KOBİM-lər vasitəsilə təqdim edilən xidmətlər özəl sektora həvalə edilib ki, bu da ölkədə rəqabətli təlimçilər institutunun inkişafına şərait yaradır, biznes təlimlərin keyfiyyətini artırır. Həmçinin, KOBİM-lər vasitəsilə təlimlərin əhatəlik və əlçatanlığı da təmin edilib. Təlimlər hibrid formada olmaqla yanaşı, praktiki məsləhət mexanizmlərini, biznesin başlanılmasına və böyüməsinə dəstək elementlərini özündə birləşdirir. 

Bu barədə “ASAN İnnovativ İnkişaf Mərkəzi”nin açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. 

Qeyd olunub ki, biznesə başlamaq istəyənlərin, startapların və KOB-ların bilik və innovasiyalara çıxışının təmin edilməsi KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən olmaqla, bir çox hallarda elm, tədris və innovativ inkişaf mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Bu istiqamət sahibkarlıq ideyasının təbliği, biznes subyektlərinin maarifləndirilməsi, qabaqcıl dəstək modellərinin tətbiqi imkanlarının araşdırılması kimi geniş spektri əhatə edir və KOBİA tərəfindən bu sahələrdə bir çox işlər görülməkdədir. Eyni zamanda KOB-ların və startapların təlimlərə çıxışının daha əlçatan və rahat olması məqsədilə Agentlik tərəfindən video təlim platforması da istifadəyə verilib. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin, “ASAN İnnovativ İnkişaf Mərkəzi”nin rəhbəri Zibeydə Bayramovanın və digərlərinin iştirakı ilə keçirilmiş tədbirdə mərkəzin fəaliyyəti və xidmətləri, eləcə də mərkəzin saytı barədə məlumat verilib. 

Related posts

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı