Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı

Azərbaycan Beynəlxalq Bankının “Sahibkarlar Klubu” iş adamları üçün videotəlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə videotəlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar.

İlk videotəlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Videotəlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü  sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu videotəlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər.

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk videotəlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib. İctimai çıxışlar və korporativ kommunikasiya üzrə peşəkar təlimçilərdən olan Rəşad Bayramov öz videotəlimində sahibkarlara uğurlu çıxışın, effektiv onlayn kommunikasiyaların, həmsöhbəti inandırmağı bacarmağın, təqdimatlar zamanı vaxtı idarə etməyin və s. incəliklərini izah edəcək. Videotəlimlərin anonsunu buradan izləmək olar.

Qeyd edək ki, “Sahibkarlar Klubu”nu yaratmaqda Azərbaycan Beynəlxalq Bankının məqsədi kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı