Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahibkarların müraciətləri dinlənilib - BBN

Sahibkarların müraciətləri dinlənilib

KOBİA-da təşkil olunmuş vətəndaş qəbulunda sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda sahibkarların biznesin inkişafına dair müxtəlif məsələlərə dair müraciətlərini dinləyib, onlarla bağlı ətraflı izahat verib, suallarını cavablandırıb. Sahibkarların müraciətləri əsasən infrastrukturun yenilənməsi, kommunal xidmətlərə qoşulma, yeni biznes təşəbbüslərinin həyata keçirilməsi üçün dəstəyin göstərilməsi, idxal əməliyyatları, cari biznes fəaliyyətləri ilə əlaqədar digər məsələlərlə bağlı olub. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.

Biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı