Sahibkarların Təbriz və Ərdəbilə səfəri planlaşdırılır

14-17 yanvar 2017-ci il tarixlərində Azərbaycan Respublikasının bir qrup sahibkarlarının İran İslam Respublikasının Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır. Səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək. Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Təbriz və Ərdəbil şəhərlərinə səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlardan aşağıdakı əlaqə vasitələrindən istifadə edərək 27 dekabr 2016-cı il tarixinədək Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına məlumat vermələri xahiş olunur:

Əlaqələndirici şəxs: Rauf Əliyev
Tel.: +99412 4657243, +99470 2909911
E-mail: raliyev@ask.org.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır