27 dekabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri üzrə yaradılmış İşçi Qrupu ilə Tükiyənin Kredi Kayıt Bürosu və “AGRA Fintech” şirkəti arasında görüş keçirilmişdir.
Görüş zamanı bankların vergi idarəsindən şirkətlərin məlumatlarını necə əldə etdiyi, şirkətin hansı məlumatlarına çıxışın təmin edildiyi, Vergi Xidmətinin və digər qurumların bu məlumatları təmin etməsinin sektora və şirkətlərə gətirdiyi üstünlüklər müzakirə edilmiş, həmçinin Tükiyənin Kredi Kayıt Bürosu və AGRA Fintech təşkilatlarının göstərdiyi dəstək barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə işçi qrupu nümayəndənləri ilə yanaşı Kredi Kayıt Bürosunun direktor müavini Serkan Siyasal və “AGRA Fintech” şirkətinin həmtəsisçisi Taner Toraman iştirak etmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.