Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri Naxçıvana səfər ediblər - BBN

Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri Naxçıvana səfər ediblər

axçıvanda sahibkarların maliyyələşdirilməsi ilə bağlı əsas investisiya istiqamətləri, həmçinin, dövlətin maliyyə dəstəyi mexanizmlərinin muxtar respublikada tətbiqinin genişləndirilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanları və digər məsələlər müzakirə olunub

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Səfər çərçivəsində muxtar respublikanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Naxçıvanda sahibkarların maliyyələşdirilməsi ilə bağlı əsas investisiya istiqamətləri, həmçinin, dövlətin maliyyə dəstəyi mexanizmlərinin muxtar respublikada tətbiqinin genişləndirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri ilə görüşdə SİF ilə koordinasiyalı fəaliyyət, güzəştli maliyyə mexanizmlərinin tətbiqinə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi və s. məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sahibkarlarla görüşdə SİF-in fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri barədə məlumat verilib, sahibkarların maliyyə resurslarına çıxış imkanlarıvə s. barədə müzakirə aparılıb, təkliflər səsləndirilib.

SİF nümayəndələri Naxçıvanda fəaliyyət göstərən bankların təmsilçiləri ilə görüşdə kreditləşmə ilə bağlı mövcud vəziyyət barədə məlumatlanıblar.

Səfər çərçivəsində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən yararlanmış müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı