Sahibkarlıq fəaliyyətinizi mütləq sığortalayın!

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir biznes subyekti fəaliyyəti dövründə müxtəlif zərər və itkilərlə qarşılaşa bilər. Yanğın nəticəsində sahibkarın əmlakının və malının yanması, təbii fəlakətlər, bitki xəstəlikləri və zərərvericiləri ilə bağlı fermerlərin məhsullarının tələf olması sahibkarların daha çox qarşılaşdığı neqativ hallardır. Bu kimi hadisələr zamanı yaranmış zərəri və itkini minimuma endirmək üçün sığorta vacibdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sığortanın biznes fəaliyyəti üçün vacibliyini bir daha diqqətə çatdırır, sahibkarları, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərini əmlak, mal və məhsullarını sığorta etdirməyə çağırır.

Sahibkarlıq subyektləri özləri əmlak, mal və məhsullarının sığortalanmasında maraqlı olmalıdırlar. Ölkədə müxtəlif sığorta şirkətləri fəaliyyət göstərir ki, sahibkarlar onlar arasından daha uyğun olanı seçərək əmlakını, mal və məhsulunu sığorta etdirə bilər.

Sahibkarlıq fəaliyyəti ilə əlaqadar olan əmlak manafelərini, o cümlədən mal və məhsullarınızı sığorta etdirməklə gələcəkdə baş verə biləcək neqativ hadisələrdən biznesinizi sığortalayın!

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı