Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 21-də Şamaxı rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirib.
Forum çərçivəsində Fond tərəfindən taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbir zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun İcraçı direktoru Şirzad Abdullayev bildirib ki, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.
Müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Ümumilikdə, Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılan güzəştli kreditin həcmi 23,2 milyon manat təşkil edib.