Şamaxı, Yardımlı və Qazaxda sahibkarlarla görüşlər keçirilib

Görüşlərdə kartofçuluqla məşğul olan sahibkarlarla suvarma və sığorta, eləcə də biznesin maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə regionlarda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşlər davam edir. Şamaxı, Yardımlı və Qazax rayonlarında 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib.

Qazax və Yardımlı rayonlarında kartofçuluqla məşğul olan sahibkarlarla keçirilmiş görüşlərdə fermerlərin çətinlikləri dinlənilib, suvarma, sahənin sığortalanması, eləcə də dövlət dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Tədbirlərdə iştirak etmiş aidiyyəti qurumların nümayəndələri fermerlərin suallarını cavablandırıb, təşəbbüslərinə dair müzakirələr aparıblar.

Şamaxı rayonunun Meysəri kəndində fəaliyyət göstərən sahibkarın təsərrüfatında keçirilmiş görüşdə isə sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlara Sahibkarlığın İnkişafı Fondu və digər dövlət qurumlarının xətti ilə verilən güzəştli kreditlər, eləcə də biznesin  maliyyələşdirilmsinə dair digər dəstək alətləri barədə məlumat verilib. Görüşdə sahibkarların çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb. Həmçinin, sahibkarlar təsərrüfatla tanış olub, təcrübə mübadiləsi aparıblar.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı