“Samsung” bəzi ölkələrdə minlərlə işçini ixtisar edəcək

“Samsung” şirkəti Cənub-Şərqi Asiyada, eləcə də Avstraliya və Yeni Zelandiyadakı istehsal müəssisələrində minlərlə işçisini ixtisar etmək niyyətindədir.

BBN.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ixtisarlar ümumilikdə bu ölkələrdə işçi qüvvəsinin təxminən 10%-nə təsir edəcək, baxmayaraq ki, onların hər birində ixtisarların miqyası fərqli ola bilər.

Qeyd olunub ki, bundan əvvəl “Samsung”un Sinqapurdakı bölməsinin əməkdaşları menecerlərlə konfidensial görüşə çağırılıb və onlara qarşıdan gələn ixtisarla bağlı məlumat verilib. Agentlik xatırladır ki, şirkətin Cənubi Koreyadan kənarda yerləşən bölmələrində təxminən 147 min işçi çalışır ki, bu da “Samsung” işçilərinin ümumi sayının yarıdan çoxunu təşkil edir.

“Bloomberg”in məlumatına görə, “Samsung”un rəqiblərindən süni intellekt (AI) sahəsində texnoloji geriləməsi səbəbindən bu il şirkətin səhmləri 20%-dən çox ucuzlaşıb.

Related posts

TikTok qadağaların dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Google 20 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı