Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Samsung”, “TSMC” və “Intel” çip qıtlığı səbəbindən güclərini birləşdirir

“Samsung”, “TSMC” və “Intel” çip qıtlığı səbəbindən güclərini birləşdirir

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

ABŞ Ticarət Departamenti nümayəndəsi mətbuata açıqlamasında bu məsələyə qısa müddətdə həll yolu tapıla bilməyəcəyini vurğulasa da, “Fitch Ratings” müsbət proqnoz açıqlayıb. Sözügedən beynəlxalq reytinq agentliyinin araşdırmalarına əsasən, yarımkeçirici çip qıtlığının 2022-ci ilin ikinci yarısında artıq yumşalacağı göstərilib.

Yarımkeçirici istehsalında təklifin artırılması və qıtlığın aradan qaldırılması yönündə daha bir böyük addım atılıb. Belə ki, beynəlxalq texnologiya nəhəngləri “Samsung”, “TSMC” və “Intel” konsorsium yaradaraq tərəfdaşlıq çərçivəsində çip istehsalında ortaq araşdırmalar nəticəsində yeni sənaye standartları yaradılmasını planlaşdırırlar.

Qeyd edək ki, qısa zamanda “Advanced Micro Devices”, “Qualcomm”, “Arm”, “Google Cloud”, “Meta” və  “Microsoft” kimi texnologiya nəhənglərinin da konsorsiuma qoşulacağı proqnozlaşdırılır.

Related posts

Üç texnologiya nəhəngi OpenAI-ə 110 milyard dollarlıq investisiya yatırdı

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı