“Samsung” xaricdəki işçi qüvvəsinin 30%-ni ixtisar edəcək

Elektronika istehsalında dünya liderlərindən biri olan Cənubi Koreyanın “Samsung Electronics” şirkəti xaricdəki bəzi bölmələrində işçilərinin 30%-ə qədərini ixtisar etməyi planlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, “Samsung”un dünya üzrə törəmə şirkətlərinə 2024-cü ilin sonuna qədər satış və marketinq işçilərini təxminən 15%, inzibati işçilərini isə 30%-ə qədər ixtisar etmək tapşırılıb.

Şirkət bildirib ki, kadr düzəlişləri səmərəliliyin artırılmasına yönəlib və istehsal işçilərinə təsir etməyəcək.

Qeyd olunub ki, ixtisarlar Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrikadaki işçilərə təsir göstərəcək.

Related posts

TikTok qadağaların dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Google 20 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı