Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Sanction risk management through the automation of inspections: Ukrainian experience” mövzusunda vebinar keçirilmişdir - BBN

“Sanction risk management through the automation of inspections: Ukrainian experience” mövzusunda vebinar keçirilmişdir

16-17 iyun 2022-ci il tarixlərində, baş tutacaq FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” çərçivəsində həyata keçirilən yan tədbirlərdən növbətisi baş tutub.

14 iyun 2022-ci il tarixində komplayns, bazar təhlili və biznes araşdırmaları üzrə ixtisaslaşan “YouControl” şirkəti ilə birgə “Sanction risk management through the automation of inspections: Ukrainian experience” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda əsasən “Banklar və maliyyə institutları üçün KYC/AML-in avtomatlaşdırılması: nə axtarmaq lazımdır?” və “KYC/AML üçün açıq məlumatların istifadəsi” kimi məsələlərə toxunulmuşdur. Müxtəlif bank və maliyyə institutlarında effektiv KYC/AML təcrübələrinin tədqiqi və tətbiqi istiqamətində çalışmış, Dünya Bankının məlumatların təhlili və kibertəhlükəsizlik üzrə məsləhətçisi və “YouControl” şirkətinin Təlim və İnkişaf şöbəsinin rəhbəri Mixaylo Koltsov qeyd edilən mövzularda təqdimatla çıxış etmişdir.

Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı