Sankt-Peterburq Forumu çərçivəsində KOBİA və Rusiyanın Ticarət və Sənaye Palatası arasında görüş keçirilib

26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində KOBİA və Rusiyanın Ticarət və Sənaye Palatası arasında görüşdə KOB sahəsində əməkdaşlıq, KOBİA və palata arasında əlaqələrin genişləndirilməsi və KOB-ların ticarət əməliyyatlarının dəstəklənməsi imkanları müzakirə edilib. 

Sankt-Peterburq şəhərində keçirilən 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra görüşlər keçirib.

Rusiyanın Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırin ilə görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, KOBİA və palata arasında əlaqələrin genişləndirilməsi və KOB-ların ticarət əməliyyatlarının dəstəklənməsi imkanları müzakirə edilib.

Related posts

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair Dövlət Proqramı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı