Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Şanxayda KOBİA və SCODA arasında Anlaşma Memorandumu imzalanıb - BBN

Şanxayda KOBİA və SCODA arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və SCODA arasında imzalanmış sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üçün birgə tədbirləri nəzərdə tutur.

Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Şanxay şəhərində keçirilən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA İnzibati Komitəsinin direktor müavini Hao Quosin imzalayıblar.

Sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üzrə birgə tədbirləri, o cümlədən KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə, keçirilən sərgi və digər tədbirlər, iqtisadi və ticarət fəaliyyətləri, əməkdaşlıq imkanları barədə informasiya mübadiləsi, qarşılıqlı olaraq yerli tərəfdaşların tövsiyə edilməsi kimi tədbirləri nəzərdə tutur.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı