Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 171 mənzil vətəndaşlarin seçiminə verilir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində daha 171 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Mənzillər 1 və 2 otaqlı olmaqla aylıq ödənişləri 376 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Related posts

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair Dövlət Proqramı müzakirə edilib

Unibank müştəriləri 3 ayda 1,2 milyon manata yaxın keşbek qazanıblar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı