Saxta hesab qalmaqalı 4 bankın rəhbərini vəzifəsindən uzaqlaşdırıb

Wells Fargo’dan verilən məlumata görə, “Kommersiya Bank Strategiyaları və Təşəbbüsləri”nin sədri Metyu Raphaelson, keçmiş “Kommersiya Bank Risk Rəsmisi” Claudia Russ Anderson, “Arizona Bölgəsi” Sədri Pamela Conboy və keçmiş “Los Anceles Bölgəsi Sədri” olan Shelley Freemanın vəzifəsindən azad olunduqları bildirilib.

Açıqlamada, bu rəhbərlərin 2016-cı ilə dair ödənişlərini  almayacaqları da qeyd olunub.

Saxta hesab qalmaqalı çərçivəsində bankın daxili araşdırmasının davam etdiyinin bildirildiyi açıqlamada, istintaqın aprel ayında keçiriləcək illik səhmdarlar baş assambleyanın iclasından əvvəl tamamlanaraq nəticələrinin ictimaiyyətlə bölüşdürüləcəyi deyilib.

Xatırladaq ki, ABŞ-ın “İstehlakçı Maliyyə Qoruma Bürosu” keçən ilin sentyabr ayında bank işçilərinin satış və performans hədəflərini əldə etmək üçün 2 milyondan artıq qanunsuz hesablar açdığını və hesabların digər müştərilərin  vəsaitlərindən qeyri-qanuni olaraq pul transfertilə maliyyələşdirilib.

Wells Fargo, qalmaqala qarışan 5 min 300 işçisini işdən çıxararkən 185 milyon dollar cəriməylə üzləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır