Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Sberbank"ın səhmləri satın alınıb

“Sberbank”ın səhmləri satın alınıb

Rusiya Federasiyası Maliyyə Nazirliyi bugün Rusiya Mərkəzi Bankından 2.14 trilyon rubl (28.31 milyard dollar) dəyərində “Sberbank” səhmi satın alıb. Bu isə, “Sberbank” maliyyə qurumunun ümumilikdə 11 milyard 293 milyon 474 min adi səhminə (51%-lik hissəsi) bərabərdir. Hər səhmə görə ödəniş isə 189.44 rubl səviyyəsində qiymətləndirilib. İlkin olaraq, birdəfəlik ödəniş ilə səhmləri satın almağı planlaşdıran Maliyyə Nazirliyi koronavirus pandemiyası səbəbindən hal-hazırda ödənişin 18 ay ərzində ödənilməsi ilə bağlı Mərkəzi Bankla razılığa gəlib.

Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, “Sberbank” səhmlərinin 50%-i artıq transfer olunub və son 1%-lik səhm növbəti ayın sonlarında transfer olunacaq.

Səhmlərin satın alınmasında əsas məqsədin isə “Sberbank”ın statusunu dəyişilməsi yox, faiz dərəcələri ilə bağlı yarana biləcək konfliktlərin qarşısının alınması olduğu düşünülür. “Sberbank” ölkənin maliyyə sistemində çox böyük paya malikdir. Ölkədə mövcud olan ipoteka kreditlərinin yarısından çoxu, istehlak kreditlərinin isə demək olar ki yarısı “Sberbank”ın payına düşür.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı