“Security Baseline and Hardening Automation in Banking” mövzusunda vebinar keçirilmişdir – Foto

21 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Security Baseline and Hardening Automation in Banking” mövzusunda vebinar keçirilmişdir.

Aidiyyəti bank əməkdaşlarının iştirak etdiyi vebinarda Cihat Altuntaş (Chief Software Development Officer) və Serkan Akcan (Chief Executive Officer) tərəfindən “İnformasiya Texnologiyaları üzrə təhlükəsizlik sahəsində təqdim edilən məhsul və xidmətlər” haqqında məlumat təqdim edilmişdir.

Əlavə edək ki, ABA bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirməkdədir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı