Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sentyabrda Almaniyada inflyasiya rekordunu yeniləyib - BBN

Sentyabrda Almaniyada inflyasiya rekordunu yeniləyib

Sentyabr ayında enerji və ərzağın yüksək qiymətlərindən dolayı Almaniyada illik inflyasiya rekordunu yeniləyib və 10%-ə çatıb. Bu xəbər iqtisadi institutun 2023-cü ildə iqtisadiyyatın azalması ilə bağlı proqnozundan sonra gəlib. 

BBN.az DW Business-ə istinadən xəbər verir ki, ölkənin Statistika Komitəsi – Destatis-in məlumatına, əsasən avqustda isə bu rəqəm 7.9% idi. İnflyasiyanın kəskin artmasına isə enerji qiymətləri təsir edir və bu situasiya isə Rusiyanın Ukraynaya hərbi hücumundan sonra baş verib.

Destatis-dən deyilib ki, enerji qiymətləri 2022-ci ilin sentyabrında ötən ilin analoji dövrü ilə müqayisədə 43.9% yüksək olub.

Almaniyanın kansleri Olaf Scholz cümə axşamı elan edib ki, “enerji yardım” paketinin qiyməti 150-200 milyard avro, yaxud 145-194 milyard dollar olacaq.

Kansler mətbuat konfransında açıqlamasında deyib ki, Almaniya hökuməti qiymətləri salmaq üçün hər şey edəcək. 

2023-cü il üçün Almaniyada orta illik inflyasiya proqnozu isə 8.8%-dir.

Related posts

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı