Sentyabrda Azərbaycan Mərkəzi Bankına 152 nəfər “WhatsApp”la müraciət edib

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankına (AMB) “WhatsApp” üzərindən 152 müraciət qeydə alınıb.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə müraciətlərin 10-u nəzarət subyekti ilə əlaqə saxlanmasında yaranan çətinliklərlə, 3-ü AMB-nin rəsmi cavab məktubunun əldə edilməsi ilə, 139-u isə digər səbəblərlə bağlı olub.

Hesabat dövründə AMB-yə ümumilikdə 5223 zəng daxil olub ki, bunun da 1224-ü bank sektoru, 517-si sığorta sektoru, 2si qiymətli kağızlar sektoru, 3480-i isə digər məsələlərlə bağlı olub.

Həmçinin ay ərzində AMB-yə banklarla bağlı 543, sığorta şirkətləri ilə bağlı 209, kapital bazarı ilə bağlı 23, digər məsələlərlə bağlı isə 32, ümumilikdə isə 807 yazılı müraciət ünvanlanıb.

Sentyabrda AMB 120 vətəndaşı qəbul edib. Vətəndaşlar əsasən sığorta (56 nəfər) ilə bağlı müraciət edib. Bu sektoru banklar (51 nəfər), kapital bazarı (7 nəfər) və digər (6 nəfər) məsələrlə bağlı müraciətlər izləyib.

Related posts

COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib-FOTO

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı