Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sentyabrın 19-u və 26-da hərraclar keçiriləcək - BBN

Sentyabrın 19-u və 26-da hərraclar keçiriləcək

Növbəti hərraclara 72 əmlak çıxarılacaq. İştirakçıların kiçik müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 19-da təşkil olunacaq hərraca 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.

Sentyabrın 26-da keçiriləcək hərraca 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı