Sessiya nədir?

Sessiya- sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin təkrarsığorta etdirdiyi (təkrarsığortaya ötürdüyü) hissəsidir.

Məsələn, “A” sığortaçı sığorta müqaviləsi üzrə sığortaladığı 300.000 manat məbləğində riskin 150.000 manat hissəsini “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. “A” təkrarsığortaçının “B” təkrarsığortaçıda təkrarsığorta etdirdiyi həmin 150.000 manat risk hissəsi sessiya adlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır