SİF layihələrin təhlili şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi vakansiyası elan edir

Male arm in suit offer insurance form clipped to pad and silver pen to sign closeup. Strike a bargain, driver money loss prevention, secure road trip, harmless drive idea, owner protective concept

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu Layihələrin təhlili şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi” vəzifələri üzrə vakansiya elan edir:

Əsas öhdəliklər:

  • Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) təqdim edilməli olan sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
  • Kredit müraciətləri üzrə maliyyə hesabatlarının təhlilini aparmaq, o cümlədən biznesin ilkin monitorinq prosesində iştirak etməklə təqdim edilmiş məlumatların yoxlanılmasını həyata keçirmək;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
  • Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
  • Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
  • Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

Namizədə dair tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil;
  • İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
  • MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;
  • Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətlilik;
  • ACCA F3 sertifikatının olması arzuolunandır.

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə 15 iyun 2024-cü il tarixinədək hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.

Related posts

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir

Azərikard-da yeni vakansiya

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı