SİF regionlarda sahibkarlarla görüşüb

Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinə ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşüb.

Gədəbəy, Mingəçevir, Naftalan, Neftçala və Yardımlı şəhərlərində baş tutan görüşlərdə SİF, KOBİA, müvafiq İcra Hakimiyyəti və müvəkkil kredit təşkilatlarının nümayəndələri,  eləcə də sahibkarlar iştirak edib.

Görüşdə Fondun prioritet istiqamətləri barədə məlumat verilib və kreditin əldə edilməsi ilə bağlı sahibkarları maraqlandıran məsələlər müzakirə edilib. Həmçinin sahibkarların mövcud mexanizmlə bağlı təklifləri öyrənilib.

Qeyd edək ki,  2022-ci ildə Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşlərin keçirilməsində məqsəd, sahibkarların maliyyələşmə sahəsində mövcud çətinliklərinin öyrənilməsi və maarifləndirilmənin aparılmasıdır.

Related posts

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Onlayn formatda beynəlxalq konfrans keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı