Sığorta bazarına nəzarətdə yeni təyinat

Maliyə Bazarlaına Nəzarət Palatasının sığorta bazarına nəzarət departamentinə direktor təyin edilib. Fins.az-ın məlumatına görə, direktor Fuad Sadıqovdur. Təyinatına qədər F.Sadıqov Milli Depozit Mərkəzinin idarə heyəti sədrənin müavini olub. F.Sadıqov sığorta sektorunda da təcrübəyə malikdir – vaxtilə «Alfa sığorta» şirkətində rəhbər vəzifələrdə çalışıb.

Məlumata görə, F.Sıdıqovun tabeliyində 3 struktur olacaq – həyat sığortası, qeyri-həyat sığortası və sığorta vasitəçiləri ilə iş qurumları. Hazırda bu qurumlardan 2-nə – qeyri-həyat sığortası və sığrorta vasitəçiləri ilə iş qurumlarına rəhbərlər təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır