Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sığorta şirkətləri ilə görüş keçirilib - BBN

Sığorta şirkətləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Sığortaçılar Assosiasıyası” İctimai Birliyi və aparıcı sığorta şirkətlərinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə sahənin inkişaf potensialı, qanunvericilik və inzibatçılıq sahəsində mövcud çətinliklər müzakirə edilib, dövlət tərəfindən təşviq mexanizmləri və vergi güzəştlərinin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqəsdilə belə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Related posts

AMB sədri İSB-yə texnoloji infrastrukturun genişləndirilməsini tövsiyə edib

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı