Home » “SİMA İmza”nın İnternet Vergi İdarəsində təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb

“SİMA İmza”nın İnternet Vergi İdarəsində təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

Artıq fərdi sahibkarlar İnternet Vergi İdarəsində SİMA rəqəmsal imza vasitəsilə elektron qaimələri göndərə və bir çox vergi bəyannamələrini rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da “SİMA İmza” ilə mümkündür. Portalda olan digər xidmətlərin də mərhələli şəkildə “SİMA İmza” ilə inteqrasiyası üzərində işlər davam etdirlir.

Qeyd edək ki, “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiya prosesinə 2023-cü ildən başlanılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.