Sinqapur istedadlı əcnəbi işçiləri cəlb etmək üçün viza qaydalarını dəyişdi

Sinqapur istedadlı əcnəbi işçiləri cəlb etmək üçün özünün viza qaydalarını sadələşdirib.

BBN.az taipeitimes.com-a istinadən xəbər verir ki, yeni qaydalar əcnəbilərə ayda minimum 30.000 Sinqapur dolları (21.431 ABŞ dolları) qazanmağa, həmçinin təhlükəsiz 5 illik iş vizası almağa və tabeliyində olan şəxslərə iş axtarmaq hüququ verəcək. 

Bu haqda isə Sinqapurun İşçi Qüvvələri Nazirliyindən bildirilib. 

İşəgötürmə firması Robert Walters-dən deyiblər ki, 2021-ci ildə 700-dən çox maliyyə mütəxəssisləri Honkonqdan Sinqapura çalışmaq üçün gəliblər. Yeni qaydalar yüksək istedadlı əcnəbiləri hədəf alıb. “Bütün sənaye sahələrində yüksək axının olacağını gözləmirik, bura xüsusi yüksək inkişaf etmiş sənaye sahələri aiddir”, – deyə rəsmilər açıqlamalarında deyiblər.

Mütəxəssislər bildirirlər ki, Sinqapurda əmək bazarının sıx qaydaları sadələşdirilir, buna görə də, tikinti və əlaqəli sektorlarda işçi qüvvəsi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Ölkənin hazırda məqsədi texnologiyanın müxtəlif sahələrində çalışa biləcək yüksək istedadlı əcnəbiləri ölkəyə cəlb etməkdir. 

Qayda dəyişikliyinin ölkəyə Honkonq və Birləşmiş Ərəb Əmirlikləri kimi rəqib biznes habları ilə rəqabət aparmağa və artıq oxşar qlobal istedad vizalarına malik olan Avstraliya və Böyük Britaniya bazarına çatmağa kömək olacağı bildirilir.

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı