Home » Siyəzən rayonunda əmək yarmarkası təşkil olunub

Siyəzən rayonunda əmək yarmarkası təşkil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzi Siyəzən Nümayəndəliyinin dəstəyi ilə Siyəzən rayonunda əmək yarmarkası təşkil olunub.

Tədbirdə işsiz və işaxtaran şəxslərə rayon üzrə 8 müəssisə tərəfindən 124 vakansiya təqdim edilib.

Təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq uyğun vətəndaşlarla iş aparılıb. Cəlb edilən şəxslər arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 

Yarmarkada ilk dəfə olaraq peşə hazırlığını həyata keçirən özəl müəssisələrin müraciət edən şəxslərlə birbaşa müsahibəsi təşkil edilib. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.