Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SKSP-nin rezidenti “UPI - Universal Packing İndustry” QSC-də son tamamlama işləri görülür - BBN

SKSP-nin rezidenti “UPI – Universal Packing İndustry” QSC-də son tamamlama işləri görülür

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI – Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində son tamamlama işləri görülür.

Müəssisənin investisiya dəyəri 4,25 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 4,1 milyon manat sərmayə qoyulub və işlərin əsas hissəsi (təqribən 80 faizi) tamamlanıb.

İtaliya və Çin texnologiyalarının tətbiq olunacağı müəssisədə 20 çeşiddə məhsul istehsal ediləcək.

Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “UPI – Universal Packing İndustry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Related posts

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

2026-cı ildə aqrar sektorda süni intellektin tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı