Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub - BBN

Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Slovakiya ilə əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılmasına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin  birinci dövlət katibi Kamil Şaşko ilə görüşüb.

Görüşdə Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Slovakiya şirkətlərinin iştirakı imkanları, təkrar emal, turizm, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi barədə müzakirə aparılıb.

Daha sonra Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini, işçi qrupun həmsədri Anar Axundov, Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin  birinci dövlət katibi, işçi qrupunun slovakiyalı həmsədri Kamil Şaşko işçi qrupun gündəliyində duran məsələlər barədə məlumat veriblər.

Bildirilib ki, birgə səylərin nəticəsi olaraq  hökumətlərimiz arasında 2021-ci ildə imzalanmış Sazişə uyğun olaraq Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılıb və həmin İşçi Qrupu iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin əlaqələndirilməsi və təşviqi üçün konkret mexanizm rolunu oynayır.

Vurğulanıb ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Slovakiyanın “Eximbank SR” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq birgə investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub və slovak şirkətləri Azərbaycanda yaradılan biznes imkanlarından yararlana bilərlər.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün fikir mübadiləsi aparılıb. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektoruna sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Sonda Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli ticarət, enerji, nəqliyyat və İKT, dövlət xidmətləri, turizm, ətraf mühit, standartlaşma və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərini əhatə edən İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekun Protokolu imzalanıb.

Related posts

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Azərbaycanda sığortaolunanların sayı 5,3 milyon nəfəri ötüb

Prezident İlham Əliyev: Azərbaycana üzərindən tranzitə tələbat artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı