Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri ilə görüş keçirilib - BBN

Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri ilə görüş keçirilib

COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri ilə keçirilən görüşdə ticarət, investisiya və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb.

Görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.

Tərəflər ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.

Related posts

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı