Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Smart Customs” komandası “Yüksəliş” intellektual kvizinin qalibi olub - BBN

“Smart Customs” komandası “Yüksəliş” intellektual kvizinin qalibi olub

“Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yüksəliş” intellektual kvizi – Bahar mövsümü həyata keçirilib.

Bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarışda “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları iştirak ediblər.

Yarışda 40 komanda iştirak edib. “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələsində iştirak edən gömrük əməkdaşlarının formalaşdırdığı “Smart Customs” komandası 40 komanda arasında ən yüksək nəticə ilə birinci yerin sahibi olub.  “Xəzər” və “Hepta dron” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı