SmartAsset: Amerikalılar 200.000 dollar və daha çox qazanırlar, yaxud bu 10 ştata köçürlər

Varlı Amerikalılar pandemiya başlayandan bəri Cənubi və Cənubi-qərbi ştatlara köçüblər. Yeni analitika göstərir ki, Florida geniş mənfəətliliyinə görə birinci yerdədir.

BBN.CNBC.com-a istinadən xəbər verir ki, 2019-2020-ci illərdə miqrasiya xəttinə baxdıqda, şəxsi maliyyə saytı SmartAsset Kolumbiya bölgəsi də daxil olmaqla 50 ştatların renkinqini aparıb.

Bu renkinq isə göstərib ki, miqrasiya edən ailələrin gəlirləri 200.000 dollar və daha çox olub. Ştatların 10-da yüksək gəlir əldə edən ailələr qrupu məskunlaşıb, onlardan 9-u isə isti iqlimi ilə seçilən Cənubi və Cənubi-qərbi ştatların payına düşüb, bura, həmçinin, Florida ilə başlayan 6 yüksək renkinqi olan ştatlar daxildir. Aşağıda ən yüksək qazanc əldə edən ailələrin yaşadıqları ərazilərin TOP 10-ğu yer alıb, hər birinin yanında isə müvafiq qazanc rəqəmi göstərilib. (dollar ilə)

  • Florida: 20.263
  • Texas 5.356
  • Arizona: 5.268
  • North Carolina: 4713 (Şimali Karolina)
  • South Carolina 3.967 (Cənubi Karolina)
  • Tennessee: 2.743
  • Colorado: 2.624
  • Nevada: 2.331
  • Idaho: 2.055
  • Utah: 1.503

Amerikalıların Cənubi və Cənubi-qərbi ştatlara miqrasiya etməsinin səbəbləri müxtəlifdir: aşağı vergilər, isti iqlim, həmçinin insanların daha çoxu pandemiya ərzində təqaüdə çıxmışdılar. Nəticələrdən də göründüyü kimi ən populyar istiqamət Florida hesab edilir və burada qazanc ikinci ən yüksək qazanc ərazisi Texas ştatından 4 dəfə çoxdur. Ştatlardan 4-nün Florida, Texas, Tennessee və Nevadanın dövlət səviyyəsində olan vergiləri yoxdur. İsti iqlimi olan ərazilərə köçən insanlar isə daha çox Şimal-şərq ştatlarından gəlmədirlər. Ən çox itirənlər isə Kaliforniya və Nyu Yorkdur, təxminən 20.000 yüksək qazananlar hər ştat üzrə ərazini tərk ediblər.

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı