SOCAR-ın 2017-ci ilin sentyabr ayı üzrə büdcə ödənişləri artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib. BBN.az SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat məbləğində ödəniş edilib.

Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13.7 % çoxdur.

Qeyd edək ki,  2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülüb.

Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkl edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4.9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır