“SOCAR” 250 mln. dollar kredit əldə edib

“UniCredit Bank Austria” “SOCAR Trading” qrupunun tərkibinə daxil olan bir neçə şirkət üçün 250 milyon dollar məbləğində kredit ayırıb. Bu barədə  İtaliya mətbuatı məlumat verir.

Kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb.

Bu saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın “Norton Rose Fullbright” firması çıxış edir.

Mənbə: trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır