SOCAR AQŞ ilə BAPEX Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

BBN.az xəbər verir ki, Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi cənab Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüblər.

BBN.az xəbər verir ki, görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. 

Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının‘’Semutang-Cənub-1’’, ‘’Begumganj-4’’ və ‘’Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcəkdir. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır